Şeir · Azərbaycan
Bağırıram, Allaha da yetişmir,
Bağırıram, Allaha da yetişmir, Ağrım-acım, etirazım, şəhidim. Ürəyimdə diktatura qurub qış, Otuz ildi, yoxdu yazım, şəhidim.
Boğuluram bir qaranlıq kölgədə, Baxıb məni qınayırsan bəlkə də, Bir salamat divar yoxdu ölkədə, Ki, şəklini ordan asım, şəhidim.
Uğraşıram neçə dərdlə-ələmlə, Nəfəs gedir, nəfəs gəlir sələmlə, Qolu-qıçı sındırılmış qələmlə, Durum sənə mən nə yazım, şəhidim..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bagiriram-allaha-da-yetismir/