Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən əldən-ayaqdan düşən bir qışam,

Ayaz Arabaçı

Mən əldən-ayaqdan düşən bir qışam, Sən gülü burnunda,mürgülü yazsan, Əriyib- əriyib sənə hopmuşam. Məni istəsən də unudammazsan. Nə vaxt arzuladın,həsrəti qovdum, Açmadım yolunu bircə yasın da. Beş-altı dəyərli xatirə qoydum, Könlünün əmanət kitabçasında. Tapşırıb gediblər bir sürü dərdə, Məni doğulandan qaralayıblar. Sən təzə deyilsən,sənə qədər də, Qəlbimi çoxları yaralayıblar. Hanı o sevginin ümid qatarı Polad relslərini dişimlə didim. Yadında qalıbsa de bilim,barı, Mən səni sevəndə ayıqmı idim. Sən bu ayrılığın rəsmini çəkdin, Çalış ki,heç zaman düşməyim yada. Onsuz da yaşaya bilməyəcəkdin, Mən adlı bir ucuz yataqxanada. Olur də həyatdı,boş verək,nəsə... Nə mən it deyiləm,nə də sən pişik. Azmı dayanıb da nəfəs-nəfəsə, Mesaj qutusunda gecələmişik. Könlümdən-könlünə bir ip çəkərsən, Sərib qurudarsan və..o yaş eşqi. Məndən yaxşısını tapsan əgər sən, Verərsən geyinər bu nimdaş eşqi.

Saytda dərc olunub