Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən əyri işlərdən uzaq adamam,

Ayaz Arabaçı

Mən əyri işlərdən uzaq adamam,Durub dayanmışam düz tərəzimdə.Heç kimi heç zaman sınamamışam,Çörək tərəzimdə,duz tərəzimdə..

Çox da ki,taleyim qan-bağır gəlib.Neyimdən hamıya çal-çağır gəlib..Çəkdiyim bir misqal haqq ağır gəlib,Hər zaman ürəyi buz tərəzimdə.

Yorğunam yuxumun əvvəli kimi,Nə Əli kmiyəm,nə Vəli kimi..Qoca Mendeleyev cədvəli kimi,Hamı yerbəyerdi göz tərəzimdə..

Qaçıram özümü haqlamaq üçün,Min dənə səbəb var laxlamaq üçün,Ancaq mənliyimi saxlamaq üçün,Özümü çəkirəm öz tərəzimdə.

Üstümdə haqqı var ötən hər ilin,Ömrümü kişitək yaşadım bilin..Bütün dəftərlərdən adımı silin,Əyrilik görsəniz söz tərəzimdə..

Saytda dərc olunub