Şeir · Azərbaycan
tük axtarma başqa gözdə,
tük axtarma başqa gözdə, öz gözündən tir çıxacaq. keçmişini qurdalasam, üzə neçə sir çıxacaq..
çox baxmışam mən o filmə, bəzəsən də ilmə-ilmə, saxta söznən elə bilmə, adın eldə pir çıxacaq.
tanımıram guya,səni, hanı o su yuya səni, qoyan olsa suya,səni, özün boyda kir çıxacaq..
kimliyini qana-qana, gəl yaxanı çəkmə yana, bir gün hökmən bu meydana, bir şir oğlu şir çıxacaq..
fikir vermə kim nə desə, bir gün biri basar "yes"ə, ət də yesə,ot da yesə, hamı yaza bir çıxacaq...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/tuk-axtarma-basqa-gozde/