Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Tülkü bəylik eləyir,

Ayaz Arabaçı

Tülkü bəylik eləyir, Xəlvətdi dərə, babam.. Girib öz qucağında, Uyuyub hərə, babam..

Nə undur, nə düyüdür? Küləyin səs-küyüdür, Kim yeyir, kim üyüdür.. O ki it sümüyüdür. İnanma zərə babam..

Hamı yorğun, hamı ləng, Yedi bizi əngü-əng- Bir yekəpər pəzəvəng! Qohuma zəng, dosta zəng.. Qoy paslansın o tüfəng- Nə ov, nə bərə, babam.

Tora salıb tor oğlu, Zorbalanın zor oğlu, Solist olmaz xor oğlu, Tüstülənir qor oğlu, Dəyirmanda Koroğlu, İlişib pərə, babam..

Ay məhərrəm, il xoruz.. Sil gözünü, sil, xoruz Çox kefsiz, çox dilxoruz, Xoruz fildi, fil xoruz, Geşt eləyir çil xoruz, Yanında fərə, babam..

Xonçada bir baş gəlib, Qara gözdən yaş gəlib, Məclisizə aş gəlib, Göz üstündə qaş gəlib, Zaman çox oğraş gəlib, Dözürük şərə, babam..

Saytda dərc olunub