Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Üç aya-dörd aya gəlib keçəcək,

Ayaz Arabaçı

Üç aya-dörd aya gəlib keçəcək, Uzadıb-uzadıb ilə gətirmə. Canımı qoymağa yer tapammıram, Çiləmin üstünə çilə gətirmə..

Kirkidnən,həvəynən bacarırıqmı, Oğulnan-nəvəynən bacarırıqmı, Bir görək dəvəynən bacarırıqmı, Söhbəti şappadan filə gətirmə..

Bu ömrün əzəldən kökü əzabdı. Bir üzü iynədi,bir üzü sapdı.. Mənimki Tanrıynan şəxsi hesabdı, Mənim dərdlərimi dilə gətirmə.

Saytda dərc olunub