Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yenə bağrı qana döndü danımın..

Ayaz Arabaçı

Yenə bağrı qana döndü danımın..Artırırsan şəkərini qanımın,Sabah-sabah ürəyimin-canımın,Niyə belə tutulubduhüsnü,de..

Dodağımdan siqar düşür,çay bitir..Bu həsrəti bir yol topdan say,bitir..Nə qalıb ki,üç-dörd günə ay bitir..Ötmədimi bu yanvarınhüznü,de..

İçim-çölüm limə-limdi zəhərdən..Uşaq-uşaq düşünürəm səhərdən..Bir gecəlik baş götürüb şəhərdən,Ağardaqmı bu taleyinüzünü,de..

Oxlanıbsan..və könüldən və gözdən..Xoş bənzətdin..fərqim yox ki,öküzdən..İncimirəm,istəyirsən o sözdən,Gəlib-gedib gündə mənəyüzünü de..

Yollar yağış,duman-çiskin,qardımı,Ya başmağın ayağına dardımı,Bu gün mənə gəlmək fikrin vardımı,Allahhaqı,qudurmaramdüzünü de..

Saytda dərc olunub