Şeir · Azərbaycan
Yenə çıxıb bir şair,
Yenə çıxıb bir şair, boş-boş qırıldadıbdır. Oxu gizlədib amma yayı cırıldadıbdır. Minib dəmir atını, dəmir dəbilqə geyib, N qədər gopa basıb, n qədər yalan deyib. Ağlına nə gəlibsə döşəyib tostdan belə, Gül belə- bülbül belə, bağ belə-bostan belə.. Hətta dilə gətirib acından öldüyünü, Adamı çözmək olmur-adam Qordi düyünü.. Şəhərdə on evi var, on gözündən ağlayır, Günəşli yatağıtək içindən kin çağlayır.. Şair həm də nə şair, xəbis, dargöz, düdəmə, Maygülü və südəmər.. Dağıdıb yaxasına ağzının seliyini, Adam görəndə qorxur gözlərinin piyini. İtələyib efirdən zarıncı şeirləri, Bənövşəyi, qəhvəyi, narıncı şeirləri. Əlli yerə əyilib, əlli yerə sınıb da, Qasımın iti kimi hətta ağlamsınıb da. Məharətlə gizlədib efirdə iç üzünü, Amma ki, söyləməyə qalsa əgər düzünü.. Ona aslanım deyən, mənə pişiyim desə, Nöqtə qoyuram qədeş, Lənət şeytana, ..Nəsə..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yene-cixib-bir-sair/