Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yenə çıxıb dolaşırıq bezəndə,

Ayaz Arabaçı

Yenə çıxıb dolaşırıq bezəndə, Səkiləri, küçələri sağ olsun. Adam atır içindəki kədəri, Bu ilahi gecələri sağ olsun.

Ətalətdi bizi belə qocaldan, Hər bir işdə beş aldatsan, üç aldan, "N" qədərdi "adımızı ucaldan", Bu minvalla neçələri sağ olsun.

Hesabını aparmışam bu aydan, Bu Zərişdi, bu Mətişdi, bu Aydan, Bizə qalsa qayıtmazdı Dubaydan, Genə baxma, həciləri sağ olsun.

Oxuyanda ürək atın bu mırta, Əcəl bizdən canımızı umur ta! Axşam - səhər, səhər-axşam yumurta. Toyuqları-cücələri sağ olsun.

Bir az artsın cazibənin çəkimi, Deyin görüm, arzunuz var nə kimi, Bu millətin müəllimi, həkimi, Ayrı başqa nəçiləri sağ olsun?

Ha dansaq da şan-şöhrətə bazıq, da.. Hər aşığın sinəsinə sazıq da, İlk adam ki, tapılıb ey Azıxda, Çənəsinin ölçüləri sağ olsun.

Yerdən çəkib aya kimi saxlayır, Hökuməti qaya kimi saxlayır Qəndə kimi, çaya kimi saxlayır, Vergiləri, töycüləri sağ oldun.

Nə olsun ki, göyə çıxır ələmim, Məcburammı zəhər əldən bal əmim, Baxma, yazır yorulmadan qələmim, Altı geri, üç irəli, sağ olsun.

Başqa kim var yaramızı yodlayan, İlahidi bu nəğməni notlayan, Qarabağda adam kimi otlayan, Ərdoğanın keçiləri sağ olsun...

Saytda dərc olunub