Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 265–288

  1. Adam hərdən istəyir qulun kimi çığırsın-

    Bu qədər olmaz axı, bəs deyilmi, a, yağı.. Ürəkaçan nə varsa başına daş salıblar, Hər şeyin zayı çıxıb, hər nə varsa bayağı.

    Azərbaycanca24 misra

  2. Oturdum masama kədərli halda,

    Ağrılar təzədi, ilaclar boyat.. Nə qədər sürünər adam xəyalda, O qədər dözülməz olub ki, həyat.

    Azərbaycanca36 misra

  3. Həmişə sağalmayan yaradan yapışmışıq,

    Ağın dalından dəyib,qaradan yapışmışıq, Yüz illərdi eləcə paradan yapışmışıq, Bizim taleyimizdən bütünü çıxardıblar..

    Azərbaycanca24 misra

  4. Dolumuz boşalıb, boşumuz şişib,

    Gözümüz göyərib, qaşımız şişib, Fikir eləməkdən başımız şişib, Qarşı-qarşıyayıq çox sualla, biz..

    Azərbaycanca28 misra

  5. Güllə yağışından

    sağ çıxan oğlangüllə yağışından sağ çıxan şairüzü ölümün də imtahanından

    Azərbaycanca48 misra

  6. Səngiməsin başımdakı havalar,

    Çəkilməsin dumanım qoy,sisim qoy.. Elə yandır qara rəngə boyasın, Allı-güllü həyatımı hisim,qoy..

    Azərbaycanca28 misra

  7. Çox elə də dəyişməyib,

    Məmmədnəsirlər dövrüdü. Bir də məmmədnəsirlərin, Həmin həsirlər dövrüdü..

    Azərbaycanca28 misra

  8. O quş niyə budaqda,

    Yana-yana oxuyur. Səsi düşür,damara, Keçir qana,oxuyur.

    Azərbaycanca24 misra

  9. Bir az gəzişirəm Çahargah üstə,

    Bir az kövrəlirəm Şurda yazıram. Yaxşı çatmaq üçün Tanrıya səsim, Çıxıb Musa kimi Turda yazıram.

    Azərbaycanca24 misra

  10. qağayılar təlaşla baş vurur dənizlərə,

    külək süpürgə çəkir qumda qalan izlərə,baxıram qabığında qurumuş ilbizlərə,əhvalım qarışıqdır..

    Azərbaycanca26 misra

  11. Külək qovub qaranlığı aparır,

    Bacamızdan kasıb-kasıb dan düşür. Heç bilmirik səhər necə açılır, Bizə ancaq xoruzlardan ban düşür..

    Azərbaycanca28 misra

  12. Ola bilərmi ki, özümüzü biz,

    Təzədən yoğurub-yapa bilməyək. Və bir də adına ömür deyilən, Bu atı doyunca çapa bilməyək.?.

    Azərbaycanca24 misra

  13. Ocaq adamıydı köz adamıydı,

    Ağır, ağayana söz adamıydı,Qərib ruhumuzun öz adamıydı,Yaxşı adamlardan biri də getdi.

    Azərbaycanca24 misra

  14. baş alıb gedirsən

    adını belə unutmuş yollarlaayağını basdığın hər daşküskün-küskün, kinli-kinli inildəyir

    Azərbaycanca46 misra

  15. Ürəyim qırılmış qanadlarından,

    Durna lələyitək min-min ah salıb. Daha bundan artıq tale neyləsin, Bəxtimə dərd adlı kef-damaq salıb.

    Azərbaycanca24 misra

  16. Ya sən bu adamın nəyini sevdin..

    Həm özü qaynana, həm özü baldız, Hər sözü bir tikan, hər sözü bir mız.. Adammı başına qəhətiydi qız,

    Azərbaycanca26 misra

  17. Qabaqlar ayrı cür şeir yazırdım,

    Gözünə-qaşına qərənfillərin. İndi hər baxanda məni don vurur, Dözmürəm qışına qərənfillərin.

    Azərbaycanca28 misra

  18. hər şeyə alışırıq, başımızı sallayıb,

    hirsimizi basırıq, səsimizi uduruq. bütün yaramazları, bütün baştutanları, başımızın üstündə bayraq kimi tuturuq.

    Azərbaycanca24 misra

  19. Çevirib günə sarı donqalmış kürəklərin,

    Gülümsünür yuxuda ağaclar yaşıl-yaşıl.. Kəsilib ulaşması yelbeyin küləklərin, Qarışqalar oyanıb küçədə qımıldaşır..

    Azərbaycanca4 misra

  20. Arxa çıxır, dayaq durur, güc verir,

    Hər tərəfdən şər, anası qəhbəyə. Bu həyatdı, oğulsansa sinəni, Axıracan gər, anası qəhbəyə..

    Azərbaycanca28 misra

  21. Gör nə qədər cırıq-sökük gözləyir,

    Gör nə qədər iynə-sapdan qalmışam.Gör nə qədər buraxmışam fürsəti,Gör nə qədər haqq-hesabdan qalmışam..

    Azərbaycanca20 misra

  22. Nə sözü bir sözüydü,

    Nə çəkisi çəkiydi. Yaramazın, yaltağın, Şərəfsizin təkiydi..

    Azərbaycanca4 misra

  23. Göydən günəş ələndi,

    Təbiət nəşələndi.. Bir qızın gülüşündən Könlüm bənövşələndi.

    Azərbaycanca4 misra

  24. Ciblərim

    dərmanla doludur.. Dərdlərim beş boy artıb, Qəlbim Naqasakidən betərdi..

    Azərbaycanca7 misra