Şeir · Azərbaycan
Həmişə sağalmayan yaradan yapışmışıq,
Həmişə sağalmayan yaradan yapışmışıq, Ağın dalından dəyib,qaradan yapışmışıq, Yüz illərdi eləcə paradan yapışmışıq, Bizim taleyimizdən bütünü çıxardıblar..
Eşşəklərlə doludu,doludu, sağım-solum, Şükür məsləhətinə,Allaha qurban olum, Tamam qırış-qırışdı keçdiyim ömür yolum, Yaşadığım həyatdan ütünü çıxardıblar.
Hansı dəlikdən düşüb adam baxıb şaşırır.. Xalqın halal malını lomba-lomba aşırır, Oğraş-oğraş danışıb səbrimizi daşırır, Efirə bir alçağın itini çıxardıblar..
Bir amansız dövranın dönmüşük farəsinə, Dərd bizi basıb yeyir,baxan yox çarəsinə, Bir də baxıb görürsən sözün minarəsinə, Hansı fahişəninsə bitini çıxardıblar.
İşi-gücü babatdı,hər "yanbız"ın,hər "dal"ın, Dar qəfəsdə pozulub çoxdan kefi qartalın, Ömrümüzü çürüdən üç-dörd neandartalın, Görəydim ki,ağzından fitini çıxardıblar..
Köhlən at meydanında eşşək yəhərləyən var... Bu gül təki havanı min-min zəhərləyən var, Nə abır hərləyən var,nə həya hərləyən var, Deməyə söz tapmıram şitini çıxardıblar..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hemise-sagalmayan-yaradan-yapismisiq/