Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

O quş niyə budaqda,

Ayaz Arabaçı

O quş niyə budaqda, Yana-yana oxuyur. Səsi düşür,damara, Keçir qana,oxuyur.

Açıb-bükür elə hey, Əlindəki naməni. Kimdi ona oxudan, O yaralı nəğməni.

Bəlkə viranə qalıb, Doğma odu-ocağı, Yoxsa nədi bu nalə, Baharın gözəl çağı..

Odlu arzularının, Üstünə qarmı düşüb.. Gözünü yumub tökür, Yadına yarmı düşüb..

Nə dərdi,nə yarası, Nə yası qaysaqlayır.. O quşu o budaqda, Hansı ürək saxlayır.

Tanrım bu nə ağrıdı, Rəbbim bu nə sızıdı. O quş kimin oğludu, O quş kimin qızıdı..

Saytda dərc olunub