All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sən

Ayaz Arabaçı

Sənpəncərəni açmağa getdin,Çöldə hönkürən cənub küləyinə.Üfüqlər şam kimi yanırdı..Qırov düşmüş baxışların yadırğamışdı məni.Mən küləkdəbir-birini qovan yarpaqlara baxırdım.Şəhərin adamsız küçələri boyuncaQırov tutmuş kipriklərindənəriyib axırdım.Külək adımı çeynəyirdi pəncərənin köynəyində.Papiros çəkməkdən nəfəsim təngimişdi.Baharın termometrinin civəsi ləngmişdi..Gözlərin soyuqdan əsim-əsim əsirdi,Sənəsarılmaq istəyirdim,qollarımı küləklər kəsirdi.Xəyal etdiyim kimiydin,hamıdan uzaq düşmüş.Həsrətimin qapısındakı yarıqdanhəyat əlaməti süzülürdü..Gözlərimin çuxurlarına lalələr düzülürdü.Sonra çarpayının baş ucunda oturdum.Dedim sənə bir yığn cəfəngiyyat gətirmişəm.İnanmırsan palçıqlı ayaqqabılarıma bax..

Published online