All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sən bir az rahat yaşa,

Ayaz Arabaçı

Sən bir az rahat yaşa, çox şeyi vecinə alma. Hər gün bir bəhanə tap, təzədən doğul, köhnə doğum tarixində qalma. İşə tələsməyə dəyməz cansıxıcı basabasda. Çıxart canındakı qorxuları asta-asta. qovulmaqdan qorxma,döyülməkdən qorxma. onsuz da hamı qohumdu-söyülməkdən qorxma. Hər şey yalandı.hər şey haqdı, ən yaxşı,ən ucuz resept unutmaqdı. isti geyinmə soyuqda üşüməyin dadını çıxart. imkan tapdıqca olmadığın yerlərdə də adını çıxart. Kefin istəyəndə heç evə gəlmə. sarıl,sevgilin kimi yanmayan işıq dirəyinə. Fikir vermə adamların səni tərbiyələndirmək səyinə. Bütün qaydaları poz amma içindəki asayişə dəymə. Burax ütülü həyatı. dişə vur,dişə dəymə. maniken olma adam ol, Ümid bankında adına nə qoyulubsa xərclə. dibinə vur. adamları bir-bir cibinə vur. Ömrü başlı-başına qoy,dərd olmağa qoyma hərdən iki dəfə ikini dörd olmağa qoyma. qrimləmə sözünü hər alçağın yubileyində. bir az rahat yaşa vicdanına görkəm ver. hamı sevinc verməz ki,sən də qəm ver. Çalış,ürəyin yatmamışdan öl. təqaüd yaşına çatmamışdan öl. elə et ki,içinə girməmişdən çatlasın gorun.. Yaşayanda görünmədin öləndə görün.

Published online