All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Biz hamımız günahkarıq,

Ayaz Arabaçı

Biz hamımız günahkarıq, Qalıbmı ki,üz,danışaq.. Olan-oldu,keçən-keçdi, Nə xeyri var,yüz danışaq.

Nə haqq-nə maqq,Mövlam əfə, Ümidimiz çıxdı kəfə.. Heç olmasa bircə dəfə, Əyri otur, düz danışaq..

Dolum gedir,boşum gəlmir, Şeri necə qoşum,gəlmir.. Genəlməkdən xoşum gəlmir, Bir azca da büz,danışaq..

Bu bir əngəl havasıdı.. Di dur sən gəl,havasıdı, Yaxşı xəngəl havasıdı, Əlli-əlli süz danışaq..

Published online