Şeir · Azərbaycan
Biz hamımız günahkarıq,
Biz hamımız günahkarıq, Qalıbmı ki,üz,danışaq.. Olan-oldu,keçən-keçdi, Nə xeyri var,yüz danışaq.
Nə haqq-nə maqq,Mövlam əfə, Ümidimiz çıxdı kəfə.. Heç olmasa bircə dəfə, Əyri otur, düz danışaq..
Dolum gedir,boşum gəlmir, Şeri necə qoşum,gəlmir.. Genəlməkdən xoşum gəlmir, Bir azca da büz,danışaq..
Bu bir əngəl havasıdı.. Di dur sən gəl,havasıdı, Yaxşı xəngəl havasıdı, Əlli-əlli süz danışaq..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/biz-hamimiz-gunahkariq/