All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Biz sussaq da yalanına zalimin,

Ayaz Arabaçı

Biz sussaq da yalanına zalimin,Yerdə qatar, göydə uçaq danışır..Adam tamam şəraitə görədir,Bir gün quraq ,bir gün sucaq danışır..

Ətimizə hesablanıb şişləri..Doymaq bilmir qan tökməkdən dişləri,Bir balaca əyiləndə işləri,Yastı-yastı, sıcaq-sıcaq danışır..

Qarlı Şimal küləyinə tüllənir,Qanımızın qönçəsində güllənir,Baş hardasa öz kefində küllənir,Baş yerinə iki bacaq danışır..

Deyim ki bir ər oğludu, ərdi, yox,Söykənəsi, güvənəsi nərdi..Yox!!!Gözümüzə küldən başqa dərdi yox,Qatıqlayır, nə vaxt, haçaq danışır..

Qapqaradı gör heç ağa oxşayır.?Tarakanlı künc-bucağa oxşayır,Korbucaqlı üçbucağa oxşayır,Heç bilmirsən hansı bucaq danışır..

Qorxusundan girməmişik az,qına,Can şirindi,nə deyəsən azğına..Yumub tökür nə gəlirsə ağzına,Pulu var ki,qucaq-qucaq,danışır..

Hər tərəfi oğru bəzzat götürüb,Minib gedim mən bir boz at götürüb,Elə bil ki,öhdəlik zad götürüb,Həftədə bir qanlı-bıçaq danışır..

Ağrımızı keyitmir heç araq da...Qaranlığı körükləyir çıraqda..Qanun qalıb,qayda qalıb qıraqda,Quldur-quldur, qaçaq-qaçaq danışır..

Published online