All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Yuxuda gördüm ki,vəzifədəyəm,

Ayaz Arabaçı

Yuxuda gördüm ki,vəzifədəyəm,Əlimə nə keçir qamarlayıram.Süpürüb atıram daşı-kəsəyi,Yolumu-izimi hamarlayıram.Pul-para üstümə sel kimi axır,Bəxt açır xəzinə bulaqlarını.Əlimdən bir adam sağ çıxa bilmir,Anında kəsirəm qulaqlarını.Hürdürə bilirəm kimə istəsəm,Yaxşı itlərim var başında xalta.Sərilir yoluma payəndaz kimi,Durur xidmətimdə bir sürü yaltaq.Sərvət toplayıram,miras yığıram,Oğluma,qızıma,nəvələrimə.Durub keşiyimdə cangüdənlərim,Sərçə də səkəmmir həndəvərimə.Bayağı şeir də yazıram hərdən-Dədəmi,babamı nəzmə çəkirəm.Ləziz təamları,dadlı tortları,Gündə üç-dörd dəfə həzmə çəkirəm.Didir hər tərəfi tamah dişlərim,Cücərir nəslimdən kinli toxumlar.Nizama salıram əyri işləri,And içir başıma bütün qohumlar.Sözsüz həll olunur hər bir istəyim,Şadam bəxt içində,iqbal içində.Kim harda acından olür qoy ölsün,Üzür balalarım yağ-bal içində.Hərdən ağzıcırıq adamlar çıxıb,Adıma olmazın qara yaxırlar.Qoy elə belə də canları çıxsın-Bütün zamanlarda olub paxıllar.Hər elmə talibəm,hər ada xasam,Hətta tarixə də işıq salmışam.Memeram,həkiməm,hüquqşünasam,Özümə əlli cür diplom almışam.Yuxuda gördüm ki,vəzifədəyəm,Kəsir qılıncımın dalı-qabağı.Çəkirəm hamının gözünə millər,Vururam hamının qəlbinə dağı.Niyə can qoyum ki,elin yolunda,Ürəkdən halıma yanandımı ki...Başına qapazla çörəyini al,Bu millət yaxşılıq qanandımı ki..Yuxuda gördüm ki,vəzifədəyəm,Başdan-ayağadək kinəm,hədəyəm.Hörmət eləyirlər,saya salırlar,Hamı dədə deyir mən də dədəyəm.Yaxşı ki,pak qaldı adım-sanım pak.Çıxmadı gördüyüm yuxunun şiti.Hürdü və oyatdı qəfil,hövlənakMəni bu yuxudan qonşunun iti.Yaxşı ki,vaxtında hürdü alabaş,Oyandım bu millət məni asmadan.Sənin kərəminə şükür İlahi,Ayıldım bu axmaq qarabasmadan.Ayıldım,götürdüm kağız qələmi,Yenə də iynəylə qəbir qazıram.Azalmır dünyanın dərdi-ələmi,Mənimki yazmaqdı, mən də yazıram.

Published online