Poem · Azərbaycan
Yuxulu barmaqlarım
Yuxulu barmaqlarım saçlarında ayılır,Buna ayılmaq deməm, həmən bir də bayılır.Sən gələn küçələrinhavası bir başqadı,Səndən gələn dərdlərin dəvası bir başqadı.Sevgi şeirlərimin,nəşrisən, çapısan sən,Ürəyimin içində açılan qapısan sən.Mən fala İnanmıram,amma inandırırsan.Ürək heç onu boş ver, atamı yandırırsan.Yarpaqlar başım üstəpıçıldaşır yavaşdan.Qorxma sağ çıxacağıq İkimiz bu savaşdan.Qaralsa da hər gecə,günəş,səhər al doğur.Bilirsənmi qəlbimdə neçə ehtimal doğur.Gedən gedir yenə dəondan nə isə qalır,Bəzi hisslər ölmür ki, uzun yuxuya dalır..Qoyma çıxıb getməyə,qayıdışım çətindi.Sən yazımı görmüsən, mənim qışım çətindi.Məndə nə ağrı nə dərd,nə də həkim dəyişir,Bu eşqə bir vaxt qoyaq, gəl görək kim dəyişir,Eşq də bir ev kimidir,demə ondan nə qalır,Adam gedib qayıdır, qayıdıb yenə qalır.Əgər unuduramsa,yerində unuduram.Dərin sevdiyim kimi dərin də unuduram.Səndən sonra başladıiçimdəki fırtına.Bilir nə yükləmişəm bu illərin sırtına.Mən könül oğrusuyam, səni oğru sevirəm.Oğru olsam da amma, bil ki, doğru sevirəm..Allah da bizdən bunu yapmamızı istəyir.Bizi bir-birimizdə tapmamızı istəyir,Mənə ögey baxmağın nəyin uzaqlığıdı..?Bu sevgi şeri deyil, o şerin sağlığıdı.Bir dəfə yuxu gördümsaçların yenə uzun,Gözündə həmin bulud, üzündə həmin hüzün.İstəsən üçəcən say,İstəsən də onacan.Hətta ayrılsaq belə yanındayam sonacan.Qismətimi daş kimiovucumda gəzdirirəm.Özümü hər maşına, qatara əzdirirəm.Gecə pərvanələriçəkib şama doldurur,Min illik həsrətini bir axşama, doldurur.Eşq də bir ev kimidir,demə ondan nə qalır,Adam gedib qayıdır, qayıdıb yenə qalır.Hansı vaxtlıq gedirsən,hansı vədlik gedirsən?Yəqin bu gedişinlə bir müddətlik gedirsən,Bu eşqin, bu sevdanınbaşına duz fırla get.Könlümü əllərinlə astaca qıfılla get.
Published online
Source: https://ayazarabaci.com/writing/yuxulu-barmaqlarim/