Poem · Azərbaycan
Yolunu-izini bağlayammadım,
Yolunu-izini bağlayammadım, Ən qalın seyfdə saxlayammadım, Yüyürdüm dalınca haqlayammadım, Əldən vaxt çıxıbdı,vədə çıxıbdı.
Hələ də boş yerə fırlanır bu şin, Tamahı baş yardı daş dələn dişin, Həmişə əlimi atdığım işin, Uğuru nəhs gəlib,bədə çıxıbdı..
Göy-gölü çiliklə,Xəzəri sındır, Mənə nəzər dəyib,nəzəri sındır, O kartı yığışdır,o zəri sındır, Sınama,qismətim nədə çıxıbdı.
Kim yatıb üstündə qızılın-ləlin, Bir az dərdimizi bölüşək gəlin, Başıma tac qoymaq istəyən əlin, Barmağı gözümə hədə şıxıbdı.
Ağrıya təkan var,dərdə dartı var, Yüz-yüz azalma var,beş-beş artı var, Hansında Qorquddan bir işartı var, Ortaya minlərlə "dədə" çıxıbdı..
Bu iz qaramata gedən iziymiş, Həyat şox mürəkkəb,çox qəliziymiş, Vəzifə ən gözəl analiziymiş, Kişi sandıqlarım gədə çıxıbdı.
Published online
Source: https://ayazarabaci.com/writing/yolunu-izini-baglayammadim/