Poem · Azərbaycan
Yolun kəndə düşəndə
Yolun kəndə düşəndə bizim evə də baş çək.. Balaca bir ocaq qala həyətimizdə.. Mənim nəfəsimlə oxşa evimizin daşını-divarını. Əvvəlcə qapının arasından bax.. İsti-isti buğlanan ürəyimin yarasından bax. Bilirsən ki, çox uzaqdayam. Məndən söz sal, çəpərboyu qocalmış ağaclara... Vaxtilə üstündə oturduğum vələs kötüyünün kefini xəbər al. Xəyala get....Fikrə dal.. Dilim söz tutmur. Qabağına kim keçsə salam söylə. Axşam bizdə qal,çıx evimzin damına. Ulduzlara bax,ay işığına bir siqara yax. İstəsən məni də soruş, Həsən əmidən,Kamil dayıdan, Sədəf xaladan.. Mən şəhid olduğuma görə daha uzağam xata-baladan.. Bizə baş çək hökmən, Baş çək bizim qocalara.. Öz atan-anan kimi bağrına bas, qoyma ağlasınlar.. Mənim gəlməyim getdi.. Axşamlar qapının dalını bağlasınlar...
Published online
Source: https://ayazarabaci.com/writing/yolun-kende-dusende/