Poem · Azərbaycan
Yolnan ehtiyatlı ola bilmirəm,
Yolnan ehtiyatlı ola bilmirəm, İznən ehtiyatlı ola bilmirəm. Kefim nə zaman ki,səksəni keçir.. Yüznən ehtiyatlı ola bilmirəm.
Mən iyi şagirdəm həyatda dərs az.. Ötür dayanmadan içimdə bir saz, Dostlar,yüz dəfə də könlümü qırsaz, Siznən ehtiyatlı ola bilmirəm..
Hamı son məqamda eyni söz deyir- Döz görək nə olur,bir az döz deyir, İçim ac qurd kimi içimi yeyir, "Döz"nən ehtiyatlı ola bilmirəm..
Tanrıdan hər axşam rüsxət alıram, Get-gedə daha çox vüsət alıram, Odnan oynamaqdan ləzzət alıram, Köznən ehtiyatlı ola bilmirəm..
Sevgim min qapıdan girə istəyir, Könlüm hər çiçəkdən şirə istəyir.. Gözüm gördüyündən kirə istəyir, Göznən ehtiyatlı ola bilmirəm..
Nədi bu dünyanın axı məğzi nə, Gecə qara zina,gündüz ağ zina, Aparıb çıxardır timsah ağzına, Söznən ehtiyatlı ola bilmirəm..
Published online
Source: https://ayazarabaci.com/writing/yolnan-ehtiyatli-ola-bilmirem/