All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

yerini

Ayaz Arabaçı

yerini tuta bilməz,başqası heç bir zaman, bir az ney-ney gözəlsən, bir az da kaman-kaman. dəysə bir gün aramız,bir ömür yata bilməm, sənə olan sevgimi sənə anlata bilməm. sən varsan,bir sən varsan, hər daim sözlərimdə. qəmli baxışlarımda,sitəmli gözlərimdə. gözlərindən gün doğan,saçlarından meh əsən, bütün nəğmələrdəsən.. yorğun ayaqlarımın ünvanı sənə sarı. bir sabun köpüyüdü yanında başqaları. qorxuram əl vurmağa sındıraram şüşətək. aparıbdı ağlımı gözəlliyin nəşətək.. sən baş alıb getdiyim boz dumanlı çölümsən. sən ən gözəl həyatsan,sən ən gözəl ölümsən. sən varsan ürəyimin gözləri nəmli deyil. sən varsan başqa heç nə mənə önəmli deyil. nə yaxşı bu dünyada sənintək bir inci var, sən varsansa içimdə bir yaşam sevinci var. ürəyim səninlədi,başqa bir yerə getmir. heyif ömür qısadı... səni sevməyə yetmir..

Published online