Poem · Azərbaycan
Yağın yerindədir, balın yerində,
Yağın yerindədir, balın yerində,Çulun yerindədir, nalın yerində,Gözündə milçəkdir kasıb-kusublar,Kefin yerindədir, halın yerində,Adın qərar tutub həyasızlığın,Min-min alçaqlığın qalın yerində,Həmişə hər yerdə hiss eləmisənÖzünü Rüstəmi-Zalın yerində,Bütün detalların öz yerindədir,Amma ki deyildir "dalın" yerində,-Bu xalqın dərdindən nə yazacaqsan?!
Yalnız bu torpaqda, bu məmləkətdəSıfırlar nədənsə vahid olurlar,Oğraşlar necəsə mömünləşirlər,Əclaflar necəsə zahid olurlar.Susub durmağına baxma heç kimin,Adamlar hər şeyə şahid olurlar.Axı sən bilmirsən fidan balalarCəbhədə nə cürə şəhid olurlar,-Bu xalqın dərdindən nə yazacaqsan?
Yaxşıca, ustaca gizlətsən beləYaltaqlıq, satqınlıq hər zatında var,Mən heç vaxt boşuna söz söyləmərəm,Var hər hüceyrəndə, hər qatında var,Səndə tapılmayan hünər, şücaətÖlkədə çox xanım, çox xatunda var.Timsah dərisindən qaloşun, zadın,Yaquar gözündən saatın da var,Qapından külək də keçmir içəri,Bahalı, milyardlıq həyatın da var,Qarşında bir qoruq, qadağa yoxdur,Hər yerə soxulan mandatın da var, -Bu xalqın dərdindən nə yazacaqsan?!
Bizə şirin-şirin nağıl danışma,Sən içi bal dolu pətək deyilsən,Bir az ingiliscə, bir az da ruscaDilini əzdirmə, pəltək deyilsən.Yığ o cındırını, çək o tərəfə,Mənim əl atdığım ətək deyilsən,Səni kim ötdürür, yaxşı bilirik,Sən düdük adamsan, tütək deyilsən,Tək sənə yazmıram bu şeiri, bil,Sən tək deyilsən!Gərək mənmi deyəm, bir az adam ol,Gərək mənmi deyəm, eşşək deyilsən, -Bu xalqın dərdindən nə yazacaqsan?!
Səsin bu millətin beyninə düşür,Yorma bu milləti, hürməni saxla.Üzdə Azərbaycan brendinə dön,Evində bir sürü erməni saxla.Çoban-çoluğunu, qoyun-quzunu,İnək-öküzünü, fermanı saxla.Sənə havayıdır kredit belə,Get, öz şirkətini, firmanı saxla.Sən dərman olmazsan dərdlərimizə,Sən həkim deyilsən, dərmanı saxla.Maskanı, qınını, şirmanı saxla,-Bu xalqın dərdindən nə yazacaqsan?!
Gözü deşilməmiş çiban kimisən,Mikrob mənbəyidir azar görkəmin.Heç nəyi dəyişmir əlbisələrin,Üzünə yansıyıb bazar görkəmin.Vallahi, heç kimə təsir eləmir,Bu ağlar görkəmin, bu zar görkəmin,Mənə inanmasan, dön aynaya bax,Ürək bulandırır məzar görkəmin.Kitabın, dəftərin gözünə girsin,Dəysin öz başına yazar görkəmin, -Bu xalqın dərdindən nə yazacaqsan..
Səni əl üstündə gəzdirərdilər,Tez-tez basardılar bağırlarına.Vicdansız, yaramaz, dəyyus olmağınHeç cürə gəlməzdi ağıllarına.Elə işləmişdin qanımıza ki,Hamı inanmışdı nağıllarına.Get öz işini qur, pulunu qazan,Toxunma bu xalqın ağrılarına, -Bu xalqın dərdindən nə yazacaqsan?!
Sən içi bal dolu pətək deyilsən,Bir az ingiliscə, bir az da ruscaDilini əzdirmə, pəltək deyilsən,Yığ o cındırını, çək o tərəfə,Mənim əl atdığım ətək deyilsən.Səni kim ötdürür yaxşı bilirik,Sən düdük adamsan, tütək deyilsən,Tək sənə yazmıram bu şeiri, bil,Sən tək deyilsən!
Published online
Source: https://ayazarabaci.com/writing/yagin-yerindedir-balin-yerinde/