All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Xəritədə həsrətinə əl açıb,

Ayaz Arabaçı

Xəritədə həsrətinə əl açıb,Dilənçitək ləliyirəm Xocalım.Adına bir park salıblar o parkda,Gedib hər il mələyirəm Xocalım.

Zindan olub dodaq mənə, diş mənə..Versələr də lap ömürlük iş mənə,Sən çəkdiyin müsibətdən, düşmənə,Min qat artıq, diləyirəm, Xocalım.

Şəkillərdə viran qalmış od-ocaq..Yaxamıza qara lenti ha sancaq..Heç kim yoxdu bu söhbəti mən ancaq,Öz-özümnən eləyirəm Xocalım

Qana dönür gözümdəki su, elə,Hardan gəldi ağır bəla, bu elə,Duyğuları çağırıram duelə,Al qanına bələyirəm Xocalım.

Atəşinə su calandı közümün,Viran qalsın ev-eşiyi dözümün,Yenə səni xatırlayıb, gözümün,On yerindən ələyirəm Xocalım.

Published online