All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Xərabət əhli...

Ayaz Arabaçı

Tale bizə bu dəfə elə zərbə vurub ki, İnanmıram belə tez keçə, xərabət əhli.. Sizə təfsilatıynan danışmağa qorxuram, Bir pis yuxu görmüşəm gecə,xərabət əhli..

Gördüm ki,stoldadı qara,qanlı məcməyi, Uzun çəkdi eh nəsə..əsməcəmin keçməyi.. Sizinçün nə fərqi var, siz onsuz da heç nəyi, Heç zaman almırsınız vecə,xərabət əhli.

Dəyər deyə nə varsa qarıncıq tərəfdədir, Qabırğalar piylənib,qalıncıq tərəfdədir. İndi "yaxşı oğullar" Yalıncıq tərəfdədir.. Çıxıb bütün ümidlər heçə,xərabət əhli..

Özüm qaldırammadım özüm yıxdıqlarımı, Bağışlayın bu qədər ucuz"dığ-dığ"larımı.. Ürəyim gəlməsə də,bir gün yazdıqlarımı, Yığıb tulayacağam peçə,xərabət əhli..

Bircə biləydim atır qəlbiniz haranızda.. Kimin şəkli asılıb ən gözəl yaranızda.. Bir heç saymısınızmı,siz Allah aranızda, Neçə cənnət əhli var,neçə xərabət əhli..

Kəllə-paça Qulamla,salla qulaq Fətiylə, Kar Həmidin otuyla,leş tofiqin ətiylə, Bu arxası deşilmiş istehlak səbətiylə, Necə yaşayırsınız,necə,xərabət əhli..

Published online