All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Vint dostluq göndərmişdi..

Ayaz Arabaçı

Vint dostluq göndərmişdi.. İndi də baxıram ki, Qayka dostluq göndərib.. Tuman-köynək,pijama, Mayka dostluq göndərib.. Opel,Zapı,Mersedes, Çayka dostluq göndərib.. Nə bilim ey bir sürü, Şayka dostluq göndərib.. Üstəlik də kosmosdan Layka dostluq göndərib.. Onlardan tək birini Seçib qəbul elədim.. Könlüm baharla dolub- Ayka dostluq göndərib..

Published online