Şeir · Azərbaycan
Vint dostluq göndərmişdi..
Vint dostluq göndərmişdi.. İndi də baxıram ki, Qayka dostluq göndərib.. Tuman-köynək,pijama, Mayka dostluq göndərib.. Opel,Zapı,Mersedes, Çayka dostluq göndərib.. Nə bilim ey bir sürü, Şayka dostluq göndərib.. Üstəlik də kosmosdan Layka dostluq göndərib.. Onlardan tək birini Seçib qəbul elədim.. Könlüm baharla dolub- Ayka dostluq göndərib..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/vint-dostluq-gondermisdi/