Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Vulkana çevrilər yer təpiyimdən,

Ayaz Arabaçı

Vulkana çevrilər yer təpiyimdən, Dağların başında duman-çən olar. Dünyanı Şuşadan seyr eləyərəm, Ruhum abad olar, könlüm şən olar.

"Ölmüş" eşşəyini sürüb keçərsən, Baxıb quyruğunu dürüb keçərsən, Uzağı bir ağız hürüb keçərsən, Sənin bundan, başqa nə peşən olar.?..

Burnunu duzlayıb ovuşdurarıq, Bütün bəlaları sovuşdurarıq, O tayı bu tayla qovuşdurarıq, Təbriz başdan-başa gül-gülşən olar..

Gəncəyik, Qazağıq, Xoyuq, Zəncanıq, Güneyli-quzeyli birik-bir canıq, Biz əlli milyonnuq Azərbaycanıq, Bu tarix dəyişər göz deşən olar.

Zaman çoxlarını endirib dizə, Ay lotu, vız gəlir hədyanın bizə, Bir gün yiyə durruq xəritəmizə, Nə dağın, nə çayın, nə meşən olar..

Küfr edib minbərdən söyməknən deyil, Dalını yerlərə döyməknən deyil, Özünü şir deyib öyməknən deyil, Səndən olsa-olsa, goreşən olar..

Saytda dərc olunub