All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Üzümə bir-iki damcı

Ayaz Arabaçı

Üzümə bir-iki damcı Payız yağışı çiləndi. Xatirələr küçə-küçə, Bütün şəhəri diləndi.. Öpüb keçdim gözlərimlə, Kələ-kötür divarları. Quma batdı qayıqlarım, Qırıb tökdüm avarları. Vahiməli görünürdü Qranlıqdn keçən qatar. Elə bildim qatardasan Əl uzatsam əlim çatar. İtirmişdi qasırğalar Küçələrdən izimizi. Heç bir yerə aparmadı, Köhnə-tanış cığır bizi. Qorxa-qorxa,hürkə-hürkə, Necə deyək-necə gülək.. Buludların qanadını Yolub tökdü dəli külək. Gözəl günlər yetim kimi Qarşımızda boyun bükdü. Mənə bir az kömək elə, Xatirələr ağır yükdü..

Published online