Poem · Azərbaycan
Uzun çəkdi bir saata gəlməyin,
Uzun çəkdi bir saata gəlməyin, Yorulmuşam,kəsilmişəm ayaqdan. Aradabir mən tərəfə boylanıb, Bir it hürür tənbəl-tənbəl bayaqdan. Bəs deyirdin istəyəndə çıxıram, Bizdə işdən nə vaxt desən qaçılır. Başım qopub çıxacaqdır yerindən, Boylanıram harda qapı açılır.. Yüz küçədən keçib gəldim buraya, Fışdırıqla çala-çala adını. Eybi yoxdu qoy səndə də sınayım, Çin çıxmayan yuxuların dadını.. Tək səbirlə ötdü keçdi bir polis, Hirsli-hirsli qışqırdım ki, çox yaşa. Telefonum üç-dörd dəfə tərlədi, Həyəcanlı duyğularla baş-başa. Allah yıxsın ürəyimin evini, Nə olursa ürəyimə salıram.. Eşq havası koronaya bənzəyir, Nəfəsimi kovid-kovid alıram.. Qərar tuta bilmirəm ki, yerimdə, Bədənimə qarışqalar daraşıb.. Başım üstə qanadlanır kulokar, Külək-duman bir-birinə qarışıb, Ümidimin üfüqləri daralır, Bir saaat da daha qalsam, çürürəm.. Baxıb sənin işlədiyin binaya. O it kimi tənbəl-tənbəl hürürəm.
Published online
Source: https://ayazarabaci.com/writing/uzun-cekdi-bir-saata-gelmeyin/