Poem · Azərbaycan
Uzanıb otluqda mürgüləyirdim.
Uzanıb otluqda mürgüləyirdim. Kəpənəklər uçuşurdu dinləmək istədiyim nəğmələrdə.. Qırmızı saqqallı bir qoca gəldi. Mənim qarışqalarımı gördünmü dedi, günorta burdaydılar. Yox dedim, fikirli dayanmış küləkdən soruş. Xəstə kimiydi, cibindən balaca bir at çıxartdı. Çiynindən gümüşü qanad çıxartdı. Titrək əllərini tutdu günəşə. Buz bağladı saçlarından saqqalınadək. Cib dəsmalını verdim sıxdı gözlərinə. Mən dünyanı tərk etməyən yeganə adamam dedi. Külək əsməyə başlamışdı. Yüngülcə qoluma toxundu: -Keçən gün burda bir adamı canavarlar parçalayıb xəbərin olsun.. Sonra özünü otların üstə buraxdı. Baxışlarıyla buludları tumarladı.. Vücudunu başdan-başa bir işıq sarmışdı.. Sonra tamam susdu,yuxu aparmışdı..
Published online
Source: https://ayazarabaci.com/writing/uzanib-otluqda-murguleyirdim/