All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Uzanmışdım alaçıqda

Ayaz Arabaçı

Uzanmışdım alaçıqda qatıq doğramacımı yeyib. Külək çöldə bez kimi cırırdı gecəni. Çadırımıza çırpırdı əlinə keçəni. Gözlərinin acısını almış neft lampası təzəcə oyanmışdı. Qaranlıqda üfüqlər narıncı boyanmışdı. Gecədən bir ağız qurd ulartısı gəldi.. Tənbəl-tənbəl əsnədi çadırın ağzındakı köpəyimiz.. Fınxırdı dirəyə bağlanmış atımız. İldırım dəli inək kimi buludları keçirib buynuzuna bağırsaqlarını tökdü yerə. Nənəm "Əşədüənnəilahəillalah" deyib çökdü yerə. Babam əlindəki sümüklü əti didişdirdiyi, dişlərini əvəz edən qatlama bıçağını bir tərəfə qoyub cibindən kirli balaca bir kitab çıxartdı. Əlini havada gəzdirib Allahın ətəyini dartdı.

Published online