Poem · Azərbaycan
Ürəyimi qapı kimi,
Ürəyimi qapı kimi, Açıb dərdə,səhv elədim. Bir deyil ki,beş deyil ki, Əlli yerdə səhv elədim.
Gəldi duman-sis oynadım, Üz-gözümdə his oynadım, Bir az özüm pis oynadım, Bir az zərdə səhv elədim.
Kökə vurdum,himə dəydim, Qan ağladı kimə dəydim, Bir yanıqlı simə dəydim, Pərdə-pərdə səhv elədim.
Könül qırmaq bacarmıram, Söz verdimsə qaçammıram, Hələ də baş aşammıram, Mən nələrdə səhv elədim.
Sönər gedər bu od-bu köz.. Sözsüz bir gün hər şey,o söz.. Tanrım mənə bir az da döz, Bəlkə bir də səhv elədim..
Published online
Source: https://ayazarabaci.com/writing/ureyimi-qapi-kimi/