All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Uşağıydım, sanırdım ki, doğmalar,

Ayaz Arabaçı

Uşağıydım, sanırdım ki, doğmalar,Böyüyəndə solum-sağım olacaq.Bilmirdim ki, susayacaq qanıma,Çoxu dönüb yadım-yağım olacaq..

Dadmamışdım acısını zəhərin,Yüyürürdüm vədlərinə səhərin,Deyirdim ki, göbəyində şəhərin,Tağlı evim, güllü bağım olacaq.

Könlüm nə vaxt ucalığa can atdı,Hərə bir yol ürəyimi qanatdı,Bilirdim ki, əsas olan qanaddı,Qonmaq üçün min budağım olacaq.

Neçə tacı, neçə taxtı yaşadım,Qara günü-qara baxtı yaşadım,Qocalığı cavan vaxtı yaşadım,Bundan belə hansı çağım olacaq..

Bir dön mənə, nə gündəyəm ay Allah..Nə özümü, nə sözümü sayallar..Nə biləydim, göynən gedən xəyallar,Yerə dəyib dağım-dağım olacaq.

Published online