All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Uçub getdi bir payız,

Ayaz Arabaçı

Uçub getdi bir payız, Döndü "Qu"ya sağ olsun. O da bu ağrıları, Duya-duya sağ olsun.

Dönüb səsə yaşadıq, Birnəfəsə yaşadıq, Biz də nəsə yaşadıq, Biz də guya,sağ olsun.

Bölüb,çıxıb,vurmuşdum.. Mən sözümdə durmuşdum, Nə xəyallar qurmuşdum, Saldı suya sağ olsun..

Published online