Şeir · Azərbaycan
Uçub getdi bir payız,
Uçub getdi bir payız, Döndü "Qu"ya sağ olsun. O da bu ağrıları, Duya-duya sağ olsun.
Dönüb səsə yaşadıq, Birnəfəsə yaşadıq, Biz də nəsə yaşadıq, Biz də guya,sağ olsun.
Bölüb,çıxıb,vurmuşdum.. Mən sözümdə durmuşdum, Nə xəyallar qurmuşdum, Saldı suya sağ olsun..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ucub-getdi-bir-payiz/