Şeir · Azərbaycan
Üfunət içindəyəm
Üfunət içindəyəmAlmağa hava yoxdu.Gündə yüz yol ölürəm,Çox da ki,dava yoxdu.
Məndə həvəs qalmayıb,Day bu ömrü sürməyə.Hərə bir it bəsləyir ,Üstümə hürdürməyə.
Adamlar balıq kimi-Ağzında su yaşayır.Sevinci qətl ediblər,Qorxu-tabuYaşayır...
Haqq uğruna bir qərar.Yox dəxi doğru-düzgün.Didir vətəni leştək.Bir sürü qarğa-quzğun.
Bəxtin saatı yatıb,Bir günümüz il dadır.Dilimiz ağzımızda,Tikanlı məftil dadır.
İzlər tamam qarışıbHər addımda çaşırıq.Olan-qalan günləri,Ümidlə uğraşırıq.
Bu nə dərdli hekayə.Bu nə qəmli bəstədir.Vətəni sevənlərinHamısı məhbəsdədir.
Qələmə alammıram,Ən gözəl pak hissləriTanrım nə vaxt yaratdın,Bu qədər iblisləri.
Allaha çatammırıq,İman çox uzaqdadır.Bu gəmi də batacaq,Liman çox uzaqdadır...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ufunet-icindeyem/