Şeir · Azərbaycan
Üfüqlərini
Şəhid oğullara ...
Üfüqlərini genişləndirdiniz ürəyimizin.. nəfəsini təzələdiniz, Şuşaya gedən yola ağ bayraq qaldırmış ayaqlarımızın.. qurtardınız hamımızı müqəvvalıqdan. üç arzu ummadıq qızıl balıqdan. möcüzələrə inandırdınız bizi. yaylım atəşi oldunuz qaranlıqlara. dağıtdınız bütün mifləri. yox etdiniz qorxuları, həyəcanları. qəzəb vulkanlarımız oldunuz. nəğmələrə döndünüz. küləklərin dodaqlarında. əsarətdən qurtardınız otları, çiçəkləri,ağacları, səmaları.. ayna sinəsini açıb gümüldədi- İsa bulağının samovarı. Yürüdük Bakının küçələrində uşaqlı-böyüklü. Şirinli-Fərhadlı- külünglü..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ufuqlerini/