All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tökülüb gəlirlər yad planetdən,

Ayaz Arabaçı

Tökülüb gəlirlər yad planetdən,Bir azdan hər yeri yağı tutacaq.Kərbəla çölündən betərdi bu gün,İçimiz nə qədər ağı tutacaq.

Bu nə sıçrayışdı yaxşıdan pisə,Lift ilə enirik qızıldan misə,Kimin adamlığı yerindədisə,Qaradan qabaqda ağı tutacaq.

Hərənin öz işi,öz adamlarıYanıb qurtardımı köz adamları..Ayə,a,millətin söz adamları,Sizi nə vaxtcan yuxu tutacaq...

Bəlkə heç qalmayb dərdi-səriniz,Çoxmu qiymətlidi cırıq dəriniz,Nə qədər əttökən şeirləriniz,Bülbül uçurdacaq,ahu tutacaq.

Üstədi,Qarabağ cəbriniz,üstə..Nədi filmi yatıb səbriniz üstə,Öləndə bu millət qəbriniz üstə,Gül-çiçək yerinə kahı tutacaq.

Tısbağa qınında ömür qət olmaz,Şair kişi olar,şair ət olmaz..Olmaz ey,bu qədər xəyanət olmaz,Sizi o qələmin ahı tutacaq..

Published online