Poem · Azərbaycan
Tökülürəm ləçək-ləçək,
Tökülürəm ləçək-ləçək, Oldu-bitdi əl çək, əl çək.. Məni məndən tərpədəcək, Elə gözəl xanım yoxdu..
Ən şirin şey,ən acı mey.. Hər bir dərdin əlacı mey... Onu necə yazırlar ey- "Mənim sənsiz anım yoxdu"..
Baxma,basıb-bağlayıram, Boş-boşuna çağlayıram, Əl dəyməmiş ağlayıram, Bir şillələlik canım yoxdu.
Nə tələyəm,nə tuzağam, Ev yıxmaqdan çox uzağam, Təkbaşına yalquzağam, Yörəm yoxdu-yanım yoxdu..
Bu çovğunda nə bar-bəhər.. Ölü kənddi, ölü şəhər!! Yarı sudu,yarı zəhər, Bircə damcı qanım yoxdu..
Bu da bunun fakturası, Yatırmı var, yatırası.?.. Nədən qorxum, batırası- Adım yoxdu,sanım yoxdu...
Published online
Source: https://ayazarabaci.com/writing/tokulurem-lecek-lecek/