All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Töhmətdən-danlaqdan çıxıb uşaqlar,

Ayaz Arabaçı

Töhmətdən-danlaqdan çıxıb uşaqlar, Paltodan-papaqdan geyinmir daha. Yasəmən ətirli havaya baxıb, Analar eyvanda deyinmir daha,

Elə gözəldi ki,nəfəsi yazın, Ürək bir şar kimi köpmək istəyir. Çiçək bir tərəfə-gül bir tərəfə, Adam tikanı da öpmək istəyir.

Minib küəkləri Sibirə gedib, Burda zəhləmizi tökən şaxtalar. Bir qoca qarğaya kəbin kəsdirir, Əl-ələ tutuşub alabaxtalar...

Büdrəyə-büdrəyə qarşı küçədən, Qışn son inadı keçir kor kimi. Baharın yolunu açır ağaclar, Yaşıl təbəssümlü işıqfor kimi.

Bahar asta-asta enir səmadan, Çiçəyi çırtlayır aranın-dağın. Günəş qızıl saçlı gəlin sayağı, Durur qulluğunda ana torpağın...

Published online