All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tikanların boy atmağa təpəri olmaz,

Ayaz Arabaçı

Tikanların boy atmağa təpəri olmaz, Aramızda ayrılığın çəpəri olmaz, Bu sevgidən bir adamın xəbəri olmz, Ürəyimdən ürəyinə tağ apararam..

Hisslərini lal aparıb,lal gətirərsən, Yorğun düşmüş sözərimə hal gətirərsən, Sən gələndə dodağında bal gətirərsən, Mən də bir az o bal üçün yağ apararam..

Taleyinə mənim kimi hamı kür deyil, Qəlbim yanır,yanır amma,hələ kül deyil, Görüşünə üç-dörd qönçə qızılgül deyil, Gücüm çatsa bütöv bağça-bağ apararam.

Əllisini xırdaladım birinci yüzün, Tələ qurub hər addımda ayrılıq-hüzün, Bircə dəfə göy üzütək tutulsa üzün, Ürəyimdə Kəpəz boyda dağ apararam.

Kökü sağdı min budaqlı xatirələrin, İtib gedir,varmı ağlı xatirələrin, Hara getsəm sənə bağlı xatirələrin, Kefini kök,damağını çağ apararam..

Tökülməsin gözlərinin çiçək şərbəti, Yer qalmasın şübhələrə könlündə qəti.. Olsəm belə,sənə olan bu məhəbbəti, Ürəyimdə o dünyaya sağ apararam...

Published online