All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tələbəlik illərində

Ayaz Arabaçı

Tələbəlik illərində kirayədə qaldığımız evin sahibəsi 75 yaşlarında bir nənəydi.. Əlinə düşdükmü saatlarla buraxmazdı çənəydi.. Günəş yox idi gözlərinin səmasında. Bayquş ulayırdı xatirələrinin yasında. Kişi kimizarafat eləməyi vardı, hamıyla məzələnərdi. düzüb-qoşduğu bayatılardan əhvalımız təzələnərdi.. İki dost idik,ikimizə də evim-eşiyim deyərdi, Zibil yeşiyim deyərdi... Sağ əlnin üstə döymə vardı, Aralıq dənizinə oxşayan. Bir də yekə qara patavaları-fil dizinə oxşayan... Saatlarla danışardı 41-də müharibəyə gedib, itkin düşən ərindən. Pulumuz olmayanda əkişdirərdik filtirsiz siqaretlərindən. Elə bil özü qəsdən açıqda saxlayırdı. Qırıq-qırıq öskürərdi o başdan. Bu bizə durun dərsinizə cəhənnəm olun deməkdi. Olanından qoyardı süfrəyə, qızırğalanmazdı bu çaydı-yeməkdi. Çayniki ömrü boyu ceyran peçinin üstə cızıldayardı. Onun vecinə deyildi miskin həyatı amma bizim içimiz sızıldayardı. Bizdən aldığı pul da bir şey deyildi, Köhnə sovet puluyla cəmi 15 manatdı. Bir dəfə iki ayın pulunu almadı, onda da bir ayrı cür ürəyimizi qanatdı.. Bu gün küləkli havada Yasamalda bir arvadı oxşatdım ona, 25 il qabağı xatırladım. Amma çağıra bilmirdi dodağında donmuşdu adım. Elə bil ki,özüydü,həmin Sultan qarının. Hər biri bir kötük boydaydı, Çəliyə yalvaran ayaqlarının...

Published online