Poem · Azərbaycan
Telefon əsir əlimdə,
Telefon əsir əlimdə, Kədərlə doluyam bu saat.
Qaranlıqda boğsalar da, Səhərlə doluyam bu saat..
Dağılmışam küçə-küçə, Şəhərlə doluyam bu saat..
Əlimdən heç nə gəlmir, Qəhərlə doluyam bu saat..
Qoy,öldüyüm yerdə ölüm, Zəhərlə doluyam bu saat..
Published online
Source: https://ayazarabaci.com/writing/telefon-esir-elimde/