All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tanrı yazıb mənə verdi,

Ayaz Arabaçı

Tanrı yazıb mənə verdi, İtə-qurda çatan baxtı. Dedi özün xilas elə, Göz yaşında batan baxti.

Fateh könlüm taxt alardı- Neynim dövrəm saxtalardı. Adam yaxşı baxt alardı, Olsaydı bir satan,baxtı.

Gün vermədi boy atmağa, Kök tutmağa,soy atmağa, Gücüm yoxdu oyatmağa, Yatan baxtı,yatan baxtı.

Ya dağ olsun ya daş olsun, Getsin dərdnən adaş olsun, Əkməyib ki,qardaş olsun, Eyni beldən atan,baxtı.

Gördün gəlir,vur öndən at, Səndən üzü dönəndən at.. At ey qardaş,dünəndən at, Sən də,səni atan baxtı..

Published online