Poem · Azərbaycan
Tanrı yenə sifətini bozardıb,
Tanrı yenə sifətini bozardıb,Buludları tüpürməyə başlayıb.Küsüşmüşük,alt dodağın sallanıb,Küçələri süpürməyə başlayıb.
Ürəyində yuva quran soyuqlar,Gözündəki çiçəkləri soldurub.Biləmmirəm qulağını bəlkə də,Kimlərinsə yalanları doldurub.
Dözəmmirəm ayrılığa bu qədər,Dağ deyil ki,bir yanından çapasan.Mənə qalsa uzanacaq bu söhbət,Özün bəlkə əlacını tapasan.
Bu iş qəfil pozulubsa pozulub,İstəyirsən lap gözümdə qıl əyir."Mənölüm"ə,"sənölüm"ə baxmır ha,Ürək hərdən bildiyini eləyir.
Deyirlər ki,ayrılığa-həsrətə,Semaşkoda resept yazır bir həkim.Mən sağalmaq arzusunda deyiləm,İstəyirəm yataqlarda can çəkim..
Bu soyuqluq noyabrla qurtarmır,Bunun hələ üç-dörd ay da,qışı var.Şair baba bir şerində deyib ki,"Hər yuvanın bir qayıdan quşu var".
Keçən gün də heç fərqinə varmadan,Uşaq-uşaq hərəkətlər elədim.Tüpürməknən-danlamaqnan alınmır,Allah kəssin,xasiyyətim belədi.
Səni sevmək bir ürəknən alınmır..Gedim alım dörd ürəkmi deyirsən.Olan-olub,keçən-keçib,neyləyək,İndi məni öldürəkmi deyirsən..
Səndən sonra bir 50-lik itirdim..Bir 50-lik..qaymaq kimi,sarı-şax.Biri qalıb,çay-zad içə bilərik,Deyirəm ki,ağlın kəssə barışaq!!!
Published online
Source: https://ayazarabaci.com/writing/tanri-yene-sifetini-bozardib/