All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sözlər susdu,

Ayaz Arabaçı

Sözlər susdu, messencer buz bağladı, Həsrət gəldi,yarana duz bağladı. Bir yandan da hava tutqun, buludlu.. Elə bildin incik düşdüm, unutdum. Ürəyimiz ehtiyatla döyündü, Amma yenə eyni adla döyündü. Sənə olan duyğularım mətindir.. Yazdım, sildim-"sənsiz qalmaq çətindir".. Elə bilmə bu ayrılıq yoluydu, Nəbzim sənin ritmin ilə doluydu. Elə bildin bu sevgidən usandım, Elə bildin sənsiz qalmaq asandır.. Gözlərimdən şirin yuxum çəkildi, Bədənimdən sanki ruhum çəkildi.. Elə bildin gülşən yerdə durmuşam. Bilmədin ki, xatirənə sığınıb, Yağış-yağmur düşən yerdə durmuşam. Bir günəşli xatirədən əl eylə.. Adam küsər-barışar da nə var ki.. Bir-birindən oldu-keçdi diliylə. Mən yenə də könül bağın adamam, Sənsizlikdən darmadağın adamam.

Published online