All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Soyuq küləklər əsir,

Ayaz Arabaçı

Soyuq küləklər əsir, Dam üstəki sağsağan. Bizdən ağlın nə kəsir, Dam üstəki sağsağan..

Çırpınırıq tələdə, Dam üstəki sağsağan. Nicat yoxdu hələ də, Dam üstəki sağsağan.

Bələnəsən qanına, Dam üstəki sağsağan. Hamı girib qınına, Dam üstəki sağsağan.

Köhnə köpək, köhnə ham, Dam üstəki sağsağan. Nə təb qalıb, nə ilham, Dam üstəki sağsağan.

Bura özgə diyardı, Dam üstəki sağsağan. Nə əksələr xiyardı, Dam üstəki sağsağan.

Canımda bir hürkü var, Dam üstəki sağsağan. Dam üstə bir tülkü var, Dam üstəki sağsağan...

Published online