All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Söylə görüm, üstünə,ey can,

Ayaz Arabaçı

Söylə görüm, üstünə,ey can, ümid, Bir qazanıb, beş itirib gəldimi. Arzuların çatdımı heç göylərə, Qismətin heç gül bitirib gəldimi..

Olsa da bəs könlümü bənd-bənd edən, Olmadım əsla dilimi qənd edən, Mən təki hər bir şeyə rişxənd edən, Dünyaya bir başqa da tip gəldimi..

Sən ki, bütün ruhumu şəhd etmisən.. Daima bir olmağa əhd etmisən.. Könlümü aldatmağa cəhd etmisən, Dilbəra, səndən bu trip, gəldimi..

Öskürəyin, asqırağın ballanıb, Gözlərin armud kimi həp sallanıb, Maskalı burnun bi də dəsmallanıb, Gəldimi ol nazlı qrip, gəldimi..

Hər içi boş vədlərə get uy başım.. Min cürə sarsaq şeyə məcmuy, başım.. Mən bu quyuynan nə qədər uğraşım, Çıxmağa ey dad, bir ip gəldimi..

Bezdim axır söz və bu sovdan bala, Nər necə olsun bu buzovdan, bala, Bir de görüm getdiyi ovdan, bala, Şahqulu bayquş gətirib gəldimi..

Published online